Emin Əmrullayev: “Azərbaycan elminə ayrılan maliyyə azdır”

29-02-2024, 12:48 1 dəfə baxılıb

 “Azərbaycan elmini birləşdirib inteqrasiyasına nail olmalıyıq”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

“İstəyiriksə ki, milli elmimiz dünyada görünsün, bu birlik, əməkdaşlıq mütləqdir. Fərdi elm olmur, elm birlik fonunda olur”, - o deyib.

Nazir Azərbaycan elminə ayrılan maliyyənin az olduğunu bildirib:

“Bu o qədər uzun müddət belə olub ki, birdən-birə maliyyə artırılsa, nəticə əldə edilməyəcək”.

Nazir qeyd edib ki, ali təhsil müəssisəsində nə qədər çox tələbə varsa, o qədər çox maliyyə var. Bu da rəqabətə yol açır.

“Elm və Təhsil Nazirliyi olaraq, 2024-cü il üçün tabeliyimizdəki ali təhsil müəssisələrinə reytinqlərinin yaxşılaşması üçün 8 milyon manatın ayrılması təmin edilib. 2026-cı ilə Azərbaycanın 3 ali təhsil müəssisəsi 800 ən yaxşı ali təhsil müəssisəsi sırasına düşməlidir. Biz bunu planlaşdırırıq”, - nazir deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930