Medianın İnkişafı Agentliyinin BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü olub
"Azerinews.az" xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanan Anlaşma Memorandumuna uyğun olaraq Şura əməkdaşlarının BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü olub.
Qonaqlar "Azərbaycanda audio medianın tənzimlənməsi" mövzusunda geniş təqdimatla çıxış ediblər.