E. Əmrullayev məktəblərdə müəllimlərin dərsdən sonra repetitorluqla məşğul olması məsələsinə aydınlıq gətirib

29-02-2024, 16:46 4 dəfə baxılıb

 Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə müəllimlərin dərsdən sonra repetitorluqla məşğul olması məsələsinə aydınlıq gətirib.

“Azerinews.az” xəbər verir ki, bu barədə nazir bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, normalda müəllim özü dərsdən sonra qalıb şagirdlə məşğul ola bilər: “Burada qeyri-qanuni heç nə yoxdur. Bu ondan qaynaqlanır ki, uzun müddət müəllimin maaşı yüksək olmayıb. Ona görə bəzi müəllimlər repetitorluq ediblər.

Biz ona görə sertifikasiya edib müəllimlərin maaşını artırmağa çalışırıq. Bununla biz müəllimlərin məktəblərdə ödənişli əsasla repetitorluq etməsinin qarşısını alacağıq. Mənim fikrimcə, müəllim öz sinfində öz şagirdlərinə ödənişli formada dərs keçməməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930