Gürcüstanda neçə Azərbaycan vətəndaşı ali təhsil alır?

2-03-2024, 18:23 14 dəfə baxılıb

2023-2024-cü tədris ilində Gürcüstan universitetlərində 806 nəfər Azərbaycan vətəndaşı təhsil alır.

Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən, onların 336-sı dövlət, 470-i isə özəl ali məktəblərin tələbələridir. Tələbələrin 226-sı qadın, 580-i kişidir. 

Əvvəlki tədris ili ilə müqayisədə qonşu ölkədə ali təhsil alan vətəndaşlarımızın sayı 77 nəfər artıb. 2022-2023-ci tədris ilində say 729 nəfərə bərabər olub.

Gürcüstanda cari tədris ilində ali təhsil alan əcnəbi tələbələrin ümumi sayı 30 701 nəfərdir. Bu, illik müqayisədə 22,5% çoxdur. Əcnəbi tələbələrin 2,63%-ni Azərbaycan vətəndaşları təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031