Nöqsanlara görə işdən çıxarılan kollec direktorunun yerinə təyinat var

14-03-2024, 19:00 97 dəfə baxılıb

 

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin edilib. 

“Azerinews.az” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, 13 mart 2024-cü il tarixli müvafiq əmrlə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Samir Dadaşov Kollecin direktoru vəzifəsinə təyin edilib. 

S.Dadaşov bu vəzifəyə qədər kollecdə müəllim kimi çalışıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən kollecinin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev vəzifəsindən azad edilmişdi. Buna səbəb kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi nöqsanların aşkarlanması idi. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031