Türkiyə-Azərbaycan Universitetinin Qazaxda açılması təklif olunub

5-04-2024, 11:29 149 dəfə baxılıb

 Bu günlərdə ən aktual mövzu iki yeni universitetin yaradılmasıdır. Azərbaycana hazırda texniki elmləri öyrədən universitet lazımdır.

"Azerinews.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycanla Türkiyənin yaratdığı universitet tək qardaşlığımızı göstərmək üçün yaradılmamalı, həm də keyfiyyətli universitet yaradılmalıdır: “Sentyabrda yeni dərs ili başlayacaq, amma bu universitetin bina məsələsi həllini tapmayıb. Biz universitet yaratma prosesini regionlara daşımalıyıq. Türkiyə ilə ortaq universiteti Qazaxda yarada bilərik, bu, bizim xeyrimizə olar. İkincisi, Qarabağda fərqli universitet yaratmalıyıq. Silikon vadisinə bənzər universitet yaratmalıyıq ki, dünyanın fərqli yerlərindən orda gəlib təhsil alsınlar. Biz yetkin büdcəyə sahib olmalıyıq, xarici mütəxəssisləri cəlb etməliyik”.

Sədr Sahibə Qafarova isə qeyd edib ki, artıq bəzi məsələlərdə qərarlar verilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930