Gəncə Dövlət Universitetində yeni laboratoriyanın açılışı oldu

15-04-2024, 13:12 127 dəfə baxılıb

 

Gəncə Dövlət Universitetində (GDU) STEAM laboratoriyasının açılışı olub.

"Azerinews.az" xəbər verir ki, açılış tədbirində universitet rəhbərliyi, şöbə müdirləri, fakültə dekanları və kafedra müdirləri iştirak ediblər.

 Universitetin rektoru Yusif Yusibov çıxış edərək bildirib ki, tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, tələbələr arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsi ali təhsil ocağında əsas məqsədlərdən birinə çevirilib. Rektor onu da diqqətə çatdırıb ki, təhsildə ən mühüm yeniliklərdən biri də STEAM təhsil metodunun tətbiqidir. GDU-da yaradılan STEAM laboratoriyası  vasitəsilə tələbələr müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübəni öyrənmək imkanı əldə edəcəklər.  STEAM laboratoriyası pedaqoji ixtisaslarda təhsil alan tələbələrin orta məktəblərdə tətbiq olunan STEAM təlim metoduna əvvəlcədən yiyələnməsinə şərait yaradacaq.

Universitetin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov  laboratoriyada  olan STEAM qurğuları barədə ətraflı məlumat verib və STEAM laboratoriyasının yaradılmasının əhəmiyyətindən bəhs edi. Laboratoriyanın universitetin sənaye əlaqələrinin qurulmasına, startapların inkişafına və startap komandalarının hazırlanmasına öz töhfələrini verəcəyini vurğulayıb.

 Daha sonra Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə çıxış edib.

 Tədbir iştirakçıları yaradılan şəraitə görə rektora təşəkkürlərini bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930