Qəbul imtahanı üçün qeydiyyatdan keçənlərin sayı - Ən çox bu qruplardadır

16-04-2024, 13:03 121 dəfə baxılıb

 

Dünən I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat başlayıb.


"Azerinews.az" ın  Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, indiyədək 10 mindən çox abituriyent qeydiyyatdan keçib.


Məlumata görə, ən çox qeydiyyat II ixtisas qrupundadır. 3472 nəfər bu qrup üzrə müraciət edib.


I ixtisas qrupu üzrə 3171 nəfər, III qrup üzrə 3021 nəfər, IV qrup üzrə isə 989 nəfər qeydiyyatdan keçib.

 

Qeydiyyatdan keçənlərin böyük hissəsini - 9361 nəfəri Azərbaycan bölməsi, qalanını rus bölməsi üzrə müraciət edənlər təşkil edir.

 

Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031