Respublika Fənn Olimpiadalarının iki fənn üzrə final turu keçirildi
Aprelin 30-da Avropa hotelində Respublika Fənn Olimpiadalarının biologiya və coğrafiya fənləri üzrə respublika mərhələsinin final turu keçirilib.
"Azerinews.az" xəbər verir ki, biologiya fənni üzrə 120 nəfər, coğrafiya fənni üzrə 122 nəfər, ümumilikdə isə 242 nəfər şagird imtahanda iştirak edib.
Nəticələr arti.edu.az saytı vasitəsilə elan ediləcək.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları Kapital Bankın dəstəyi ilə həyata keçirilir.