Alimlər yeni püskürmüş Bozdağ-Güzdək palçıq vulkanında tədqiqat aparıblar

16-05-2024, 14:51 98 dəfə baxılıb

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu Abşeron yarımadasında yerləşən Bozdağ-Güzdək palçıq vulkanında tədqiqat işləri aparıblar.

"Azerinews.az" xəbər verir ki, ilkin araşdırmalar nəticəsində kifayət qədər aktiv olan və mütləq hündürlüyü 305 metr təşkil edən palçıq vulkanının sayca 12-ci dəfə qeydə alınan püskürməsinin daha zəif olduğu aşkarlanıb.

Bildirilib ki, Bozdağ-Güzdək palçıq vulkanının hazırkı püskürməsi nəticəsində yer səthinə çıxarılan palçıq 0,7 hektar ərazini örtüb. Orta qalınlığı 0,7 metr olan palçıq örtüyünün həcmi isə 5000 kubmetrdir. Bu, Bozdağ-Güzdək palçıq vulkanının sonuncu dəfə 2021-ci ildə baş vermiş püskürməsi ilə müqayisədə ən azı dörd dəfə kiçik göstəricidir.

Alovla müşayiət olunan püskürmə nəticəsində küləyin istiqamətinə uyğun olaraq püskürmə mərkəzindən təxminən 100 metr məsafədə yeni vulkan palçığından ibarət səthlə yanaşı, həm də daha köhnə püskürmələr olan ərazilərdə ot örtüyünün xeyli yanmış əlamətləri qeydə alınıb.

Püskürmə nəticəsində müxtəlif dərinliklərdən səthə tullanılan fərqli süxur nümunələri toplanılıb, hazırda vizual araşdırmalar və emal prosesləri həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031