Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

20-05-2024, 11:14 146 dəfə baxılıb

 Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır.

"Report" xəbər verir ki, lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində "Sorğu yerləşdir" bölməsinə daxil olaraq "Mərkəzi imtahanla qəbul" düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim ediləcək. Ərizə qəbulu mayın 20-dən iyunun 13-dək davam edəcək.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı 7 və 8-ci siniflər üzrə iyunun 21-i, 6-cı siniflər üzrə iyunun 22-si, 5-ci siniflər üzrə iyunun 23-ü həyata keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930