Emin Əmrullayev Britaniyada azərbaycanlı tələbələrlə görüşdü - Fotolar

20-05-2024, 12:03 128 dəfə baxılıb

 

Elm və təhsil naziri Emin Əmrullayev 19–21 may tarixlərində London şəhərində keçirilməkdə olan Dünya Təhsil Forumunda iştirak üçün Birləşmiş Krallıqda işgüzar səfərdədir. 

“Azerinews.az” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

Bildirilib ki, səfər çərçivəsində elm və təhsil naziri Böyük Britaniya universitetlərində dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. 

Görüşdə Emin Əmrullayev tələbələrə Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlar və gələcək planlar barədə məlumat verib. Xüsusən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi planlaşdırılan irimiqyaslı layihələrdən bəhs edən nazir növbəti tədris ilindən Xankəndidə fəaliyyətə başlayacaq Qarabağ Universiteti barədə də danışıb. Nazir bildirib ki, məqsəd bu universiteti beynəlxalq elm və tədqiqat, həmçinin Qafqazın keyfiyyətli ali təhsil mərkəzinə çevirməkdir.

Bundan əlavə, xaricdə təhsil üzrə dövlət və ikili diplom proqramları, beynəlxalq təhsil layihələri barədə məlumat verən nazir Azərbaycanda doktorantura təhsilinin inkişafı sahəsində görülən işlərdən söz açıb. 

Emin Əmrullayev dövlət proqramları çərçivəsində azərbaycanlı tələbələrin daha çox dünyanın ən nüfuzlu universitetlərində təhsil almasının sevindirici hal olduğunu vurğulayıb. Nazir bu göstəricinin önümüzdəki illərdə də artan dinamika ilə davam edəcəyinə ümidini bildirib.  

Görüşün sonunda nazir tələbələrin suallarını cavablandırıb, onlarla xatirə şəkli çəkdirib.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930