Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

27-05-2024, 16:12 106 dəfə baxılıb

 

İyunun 3-ü saat 17:00-da 2023-2024-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

“Azerinews.az” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

“Eyni zamanda bir sıra ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə 2-9-cu siniflərində yaranmış boş yerlərə şagird qəbulu üçün elan edilmiş müsabiqəyə qeydiyyat prosesi də 3 iyun saat 17:00-da yekunlaşacaq.

2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu məqsədilə elan edilən mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə 13 iyun saat 15:00-a qədər davam edəcək.

Növbəti tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinin aktivləşəcəyi tarix barədə öncədən ictimaiyyətə məlumat veriləcək.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığı təmin etmək əsas hədəflərimizdəndir”, - məlumatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930