Daha bir Azərbaycan universiteti beynəlxalq reytinqdə

31-05-2024, 11:03 130 dəfə baxılıb

 

Dünya universitetlərinin reytinqinin əks olunduğu Round University Ranking 2024-cü ilin nəticələri açıqlanıb. 

 "Azerinews.az"  xəbər verir ki, son reytinq hesabatına görə Gəncə Dövlət Universiteti (GDU) də dünya universitetləri arasında qərarlaşıb.

 GDU reytinq sıralamasında 1158-ci yerdə qərarlaşıb.

Reytinq cədvəlində, həmçinin Bakı Dövlət Universiteti (962), Azərbaycan Dövlət İqtisad Universiteti (983), Azərbaycan Texniki Universiteti (1126), Qərbi Kaspi Universiteti (934), Azərbaycan Universiteti (1055), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1094), Bakı Biznes Universiteti (1142) də düşüb.
 Qeyd edək ki, Round University Ranking (RUR) RUR Rankings Agency tərəfindən nəşr olunan qlobal universitet reytinqidir. O, universitetləri tədris keyfiyyəti, tədqiqat fəaliyyəti, beynəlxalq müxtəliflik, maliyyə dayanıqlığı və ümumi akademik göstəricilər daxil olmaqla müxtəlif amillər əsasında qiymətləndirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031