Məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

31-05-2024, 11:42 100 dəfə baxılıb

 

Ağdaş rayonu M.Nəbiyev adına Orta Ləki kənd tam orta məktəbinin direktoru Ələm Abdullayev vəzifədən azad olunub.

“Azerinews.az” xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsi açıqlama yayıb.

Bildirilir ki, mayın 13-də Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Orta Ləki kənd məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılıb və bu zaman məktəbdə ümumi idarəetmə, dərsdənkənar məşğələlərin təşkili və tədrisi, şagird davamiyyəti, dərslərin əvəzolunması, texniki heyət işçilərinin işə davamiyyəti, məktəbdaxili qiymətləndirmənin düzgün aparılmaması ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Abdullayev Ələm Abdulla oğlu 31 may 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031