Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib

28-06-2024, 13:02 119 dəfə baxılıb

 

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ramil Hacıyev Beynəlxalq dil mərkəzinə direktor təyin olunub.

Ramil Hacıyev Türkiyənin 19 Mayıs Universitetində "İngilis dili müəllimliyi" ixtisası üzrə bakalavr, "Xarici dilin tədrisi metodologiyası" ixtisaslaşması üzrə isə magistratura təhsilini tamamlayıb. Hazırda təhsilini doktorantura səviyyəsində davam etdirir.

R.Hacıyev "British School", SABAH qrupları və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində müxtəlif proqramlar üzrə dərsləri tədris edib. Həmçinin müxtəlif universitetlərin ingilis dili proqramlarında müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb. O, London Biznes Mərkəzi, Arizona Dövlət Universiteti, Oksford Kolleci və digər nüfuzlu təhsil müəssisələrində təşkil olunmuş təlimlərdə və ixtisasartırma proqramlarında iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930