Şabranda avtoqəza baş verib, yaralılar var

19-03-2024, 11:45 87 dəfə baxılıb

Şabran rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Azerinews.az"ın məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonunun Sincanboyad kəndi ərazisindən keçən hissəsində “Toyota” markalı minik avtomobili nasazlıq səbəbindən yolun kənarında dayanan “VAZ-21019” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Şabran rayon sakinləri 1977-ci il təvəllüdlü Rəhmanov Rahim Kamil oğlu, 1997-ci il təvəllüdlü Seyidov Çingiz Qərib oğlu və 1982-ci il təvəllüdlü Osmanov Yaşar Həcbilə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930