ABŞ və Böyük Britaniya husi qiyamçılarının mövqelərini yenə vurub

5-02-2024, 17:30 0 dəfə baxılıb

ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə husi qiyamçılarının mövqelərinə yeni zərbələr endirib.

"Azerinews.az" TASS-a istinadən xəbər verir ki, bu barədə husilərin “Al Masirah” telekanlı məlumat yayıb.

Bildirilib ki, zərbələr Xodeyda əyalətinin Əl-Katibə rayonuna endirilib.

İtkilər və dağıntılar barədə hələ məlumat yayılmayıb.

“Sky News Arabia” telekanalının məlumatına əsasən, son 48 saat ərzində ABŞ və Britaniyanın Yəmənə endirdiyi zərbələr nəticəsində 40 husi qiyamçısı zərərsizləşdirilib. Fevralın 3-də Ştatlar və krallıq Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Niderland və Yeni Zelandiyanın dəstəyi ilə Yəməndə 13 yerdə husilərin 36 hədəfinə hücum edib.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya qüvvələri husilərin mövqelərinə ötən gün də raket zərbələri endirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930