Ermənistan müdafiə ehtiyacları üçün əlavə vəsait ayıracaq

6-11-2025, 13:10 10 dəfə baxılıb

 

Ermənistan ölkənin müdafiə ehtiyacları üçün əlavə 4 milyard 371 milyon dram (təxminən 11 milyon dollar) ayıracaq.

“Azerinews.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.

Bu məbləğin sərhədlərin təhlükəsizliyinin və toxunulmazlığının təmin edilməsinə yönəldiləcəyi bildirilir.

Qeyd edək ki, 2025-ci ildə Ermənistan büdcəsində müdafiə xərcləri əvvəlki illə müqayisədə 115 milyard dram (təxminən 300 milyon dollar) artırılaraq 660 milyard dram (1 milyard 717 milyon dollar) təşkil edib. 2026-cı il üçün isə bu məqsədlə ayrılan vəsaitin 100 milyard dram azaldılması və 560 milyard dram (1 milyard 455 milyon dollar) təşkil etməsi planlaşdırılır. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031