“Zelenski Yeni ildə istefa verəcək”

30-11-2025, 22:46 8 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin Yeni il ərəfəsində istefa verə biləcəyi ilə bağlı iddia gündəmə gəlib.

“Azerinews.az” xəbər verir ki, bu barədə siyasi texnoloq Vladimir Petrov açıqlama verib.

O, Zelenskinin “artıq davam etmək istəmədiyini” irəli sürərək onun yaxın zamanda istefa qərarını açıqlaya biləcəyini bildirib. Siyasi texnoloq ehtimal edir ki, dekabrın 15-dək atəşkəs rejiminə nail olunacaq, Yeni il çıxışı zamanı isə Zelenski vətəndaşlara müraciət edərək postunu tərk etdiyini elan edəcək.

Xatırladaq ki, daha əvvəl Ukrayna liderinə alternativ olaraq ölkənin Böyük Britaniyadakı səfiri, keçmiş Baş Qərargah rəisi Valeri Zalujnının adı çəkilmişdi. “The Sunday Times” nəşri onun Zelenskiyə ən yaxın reytinqə malik şəxs olduğunu bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031