İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb

Bu gün, 10:39 1 dəfə baxılıb

İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb

İsrail və radikal "Hizbullah" hərəkatı arasında bir gün əvvəl əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, İsrailin Livanın cənubundakı Ərəbsəlim şəhərinə endirdiyi aviazərbə nəticəsində azı 5 nəfər ölüb.

Bu barədə Livanın NNA dövlət agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İsrail təyyarələri və pilotsuz uçuş aparatları Nəbatiyyə rayonuna bir sıra zərbələr endirib, nəticədə yaşayış evləri, binalar dağılıb.

Bundan əlavə, qeyd olunub ki, İsrail gecə saatlarında Nəbatiyyə şəhərini və onun ətrafını atəşə tutub.

İsrail ordusu zərbələr barədə məlumatlara hələ ki münasibət bildirməyib.

Bildirilib ki, hücumlar İsrail və "Hizbullah"ın, ehtimal ki, atəşkəs rejimini razılaşdırmasından bir neçə saat sonra baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930