Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib

Bu gün, 10:13 4 dəfə baxılıb

Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib

Portuqaliya və Nigeriya milliləri arasındakı yoldaşlıq oyununun başlamasına bir neçə dəqiqə qalmış 77 yaşlı kişi ürəktutmasından vəfat edib.

Hadisə qarşılaşmanın keçirildiyi Leyriya şəhərindəki "Doktor Maqalyaynş Pesoa" stadionunda qeydə alınıb.

Həkimlər fanata dərhal tibbi yardım göstərərək onu Leyriyadakı "Santu-Andre" xəstəxanasına çatdırsalar da, orada onun ölüm faktı təsdiqlənib. Portuqaliya Futbol Federasiyası hadisə ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, Portuqaliya Nigeriya seçməsinə 2:1 hesabı ilə qalib gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930