İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib

Bu gün, 15:07 4 dəfə baxılıb

İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib

İranda yeni yaradılmış Fars Körfəzi Boğazı İdarəsi (PGSA) Hörmüz boğazının növbəti xəbərdarlığa qədər tam bağlandığını açıqlayıb.

APA xəbər verir ki, qurumun “X” platformasında yayımladığı bəyanatda qərarın regionda yaranmış gərginliklə əlaqəli olduğu bildirilib.

“Regionda ABŞ qüvvələrinin təcavüzü nəticəsində yaranan gərginlik və İran silahlı qüvvələrinin ötən gecə verdiyi bəyanata görə, Hörmüz boğazı növbəti xəbərdarlığa qədər tam bağlanır”, — açıqlamada qeyd olunub.

Bəyanatda tranzit icazəsi olan gəmilərə də müraciət edilib: “Tranzit icazəsi verilmiş bütün operatorlardan səbirli olmaları və əlavə göstərişləri gözləmələri xahiş olunur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930