ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb

Bu gün, 09:09 4 dəfə baxılıb

ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb

Londonun "ICE" birjasında "Brent" markalı xam neftin 2026-cı ilin avqust ayında çatdırılma üçün fyuçerslərinin qiyməti 1,91% artıb.

"Brent" markalı neftin qiyməti 2,58% artaraq barel üçün 95,5 dollara çatıb.

Bakı vaxtı ilə səhər saat 08:09-a qədər "Brent" markalı neftin qiyməti 94,88 dollar/barel (1,91% artım) səviyyəsində olub.

Bu arada, 2026-cı ilin iyul ayında çatdırılma üçün "WTI" xam neftinin fyuçerslərinin qiyməti 2,13% artaraq 91,95 dollar/barel təşkil edib.

Qeyd edək ki, ABŞ ordusu İrandakı hədəflərə əlavə zərbələr endirib. Bunun əvəzində İran Hörmüz boğazını bütün növ gəmilər üçün bağlayıb. Regionda baş verən hadisələr neftin qiymətinə təsir edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930