İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ölkəyə son hücumlarını pisləyərək, bunun iki aylıq atəşkəsi praktiki olaraq mənasız etdiyini bildirib.
APA-nın Tehran bürosunun xəbərinə görə, İran XİN-in bəyanatında deyilir ki, ABŞ-ın hücumları faktiki olaraq 8 aprel atəşkəsini qüvvədən salıb və bunun doğura biləcəyi təhlükəli nəticələrə görə məsuliyyət ABŞ-ın üzərindədir.
Bəyanatda bildirilib ki, ABŞ-ın hücumları BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Bəyanatda həmçinin vurğulanıb ki, region ölkələri ABŞ-ın İran əleyhinə hücumlar üçün öz ərazilərindən istifadə etməsinə imkan verməməlidir.
“İran hücumun mənbəyini zərərsizləşdirmək və özünümüdafiə hüququnu özündə saxlayır”, - bəyanatda deyilir.
İran XİN BMT üzvlərini, xüsusilə Təhlükəsizlik Şurası və Baş katibi ABŞ-la İsrailin addımları qarşısında açıq mövqe bildirməyə, susqunluq və qeyri-müəyyənlikdən çəkinməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: