İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər

Qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyini daha da zənginləşdirə bilərik.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza ünvanladığı məktubda deyilir.
"Hazırda dostluğa, qarşılıqlı hörmət və etimada əsaslanan dövlətlərarası əlaqələrimiz, siyasi, iqtisadi-ticari, investisiya, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə səmərəli əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf etməkdədir.
Əminəm ki, xalqlarımızın rifahı naminə ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da möhkəmləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik", - dövlət başçısı vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: