Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Bu gün, 10:07 4 dəfə baxılıb

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 14-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək.

Bu barədə DİM məlumat yayıb.

İmtahan respublikanın 3 şəhər və rayonunda – Bakı, Sumqayıt, və Abşeronda, ümumilikdə 63 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Qeyd edilib ki, imtahanda iştirak etmək üçün 15719 bakalavr ərizə təqdim edib. Onlardan 14612 nəfər Azərbaycan bölməsi, 1107 nəfəri rus bölməsi üzrə imtahan verəcək.

Bakalavrlardan 10632 ücari ilin, 5087 isə əvvəlki illərin məzunlarıdır, 35 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 63 ümumi rəhbər, 175 imtahan rəhbəri, 1442 nəzarətçi, 202 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

İmtahanda 19 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930