Lavrov Venesueladadır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Venesuelaya səfər edib.
“Azerinews.az” TASS-a istinadən xəbər verir ki, Lavrov Karakasda həmkarı İvan Gil Pinto, eləcə də Venesuela Prezidenti Nikolas Maduro ilə görüşəcək.
Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, tərəflər görüş zamanı iki ölkə arasında münasibətlərin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər.