Azərbaycan səfirliyi Gürcüstanın futbol üzrə milli yığmasını təbrik edib

27-03-2024, 02:07 37 dəfə baxılıb

Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkənin futbol üzrə milli yığma komandasını tarixdə ilk dəfə olaraq Avropa Çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.

“Azerinews.az” xəbər verir ki, bununla bağlı səfirliyin sosial media hesablarında paylaşım edilib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın futbol üzrə milli komandası 2024-cü il Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazanıb. Onlar Yunanıstanlı futbolçuları penaltilər seriyasında 4:2 hesabı ilə üstələyiblər.

Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək.

Yunanıstanlı futbolçular ardıcıl üçüncü dəfə qitə birinciliyinə vəsiqə qazana bilməyiblər. Yunanıstan komandası 2004-cü il Avropa çempionatının qalibidir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930