Putin Aleksey Dyumini Rusiya Dövlət Şurasının katibi təyin edib

29-05-2024, 12:54 106 dəfə baxılıb

Rusiya prezidentinin köməkçisi Aleksey Dyumin Rusiya Federasiyası Dövlət Şurasının katibi təyin edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin.ru məlumat yayıb.

Bildirilib ki, prezident Vladimir Putinin “Rusiya Federasiyası Dövlət Şurasının katibi haqqında” imzaladığı fərmana əsasın, Aleksey Dyumin Dövlət Şurasının katibi təyin olunub.

Qeyd edək ki, A. Dyumin Putinin mühafizəçisi, xüsusi xidmət zabiti olub. Hərbi rütbəsi general-polkovnik olan Dyumin 2015-2016-cı illərdə Rusiya müdafiə nazirinin müavini, 2016-2024-cü illərdə Tula vilayətinin qubernatoru olub. Putin beşinci dəfə dövlət başçısı seçiləndən sonra, mayın 14-də Dyumini prezidentin köməkçisi təyin edib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031