İrəvanda polislə etirazçılar arasında qarşıdurma

30-05-2024, 21:00 69 dəfə baxılıb

 

İrəvanda “Vətən naminə Tavuş” müxalif hərəkatı paytaxtın Respublika meydanında yenidən hökumət əleyhinə etiraz aksiyası keçirir.

“Azerinews.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, avtomobillərlə yolu bağlayan etirazçılarla polis arasında qarşıdurma yaranıb. 

Hərəkatın lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan aksiya iştirakçılarını hökumət binasına tərəf yollanmağa çağırıb.

Hazırda isə hökumət binasında ölkənin Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir. Əraziyə çox sayda polis qüvvələri cəlb olunub.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930