Fransada 190 nəfər namizədlikdən geri çəkilib

2-07-2024, 15:06 128 dəfə baxılıb

 Fransada növbədənkənar parlament seçkilərinin ikinci turundan əvvəl təqribən 190 nəfər namizədlikdən geri çəkilib.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı “Le Monde” qəzeti yayıb. 

Həmin şəxslərdən 123-ü solçu partiyaları, 64-ü isə Fransa Prezidenti Emmanuel Makronun blokunu təmsil edir. 

Birmandatlı dairələrin əksəriyyətində ikinci tura üç əsas blokun namizədləri keçiblər. E.Makron və solçuların nümayəndələri ilkin nəticələrdən sonra üçüncü pillədə yer alanları ikinci turda iştirakdan imtina etməyə çağırıblar. Bu çağırışda məqsəd isə bütün səslərin “Milli Birlik” partiyasının əsas rəqiblərinə keçməsinə imkan yaratmaq olub. Namizədlər bu gün Bakı vaxtı ilə 20:00-a qədər namizədlikdən geri çəkilə bilərlər.

Qeyd edək ki, iyunun 30-u keçirilən birinci turda Marin Le Penin “Milli Birlik” partiyası səslərin 33,2 faizini toplayıb. Solçu “Yeni Xalq Cəbhəsi” partiyası 28,1, Makronun “Birlikdə” bloku isə 21 faiz səs toplaya bilib. Seçkilərin ikinci turu iulun 7-də baş tutacaq. “Milli Birlik” partiyasının ilk turda qələbəsindən sonra paytaxt Paris və ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930