ABŞ lideri bu dəfə Ağ Evdə çıxış edərkən ölkənin 2 nazirini səhv salıb

23-01-2024, 20:30 1 dəfə baxılıb

 

Çıxışları zamanı mütəmadi olaraq çətin anlar yaşayan, adları unudan ABŞ Prezidenti Co Bayden bu dəfə də oxşar vəziyyətə düşüb.

“azerinews.az” “Daily Mail”ə istinadən xəbər verir ki, ABŞ lideri bu dəfə Ağ Evdə çıxış edərkən ölkənin 2 nazirini səhv salıb. 

Məlumata görə, hadisə reproduktiv hüquqlar üzrə işçi qrupu ilə görüş zamanı baş verib. Belə ki, ABŞ lideri səhiyyə və sosial xidmətlər naziri Xavyer Beserraya təşəkkür etmək istəyib. Lakin o bu zaman ölkənin daxili təhlükəsizlik naziri Alexandro Mayorkası Beserra zənn edərək ona müraciət edib. 

O, ilk olaraq gender siyasəti üzrə müşaviri Cen Klyayna təşəkkür edib. Daha sonra isə onun yanında əyləşən Mayorkasa müraciət edərək yalnışlıqla onu Beserra adlandırıb. Beserra isə iclasa onlayn formatda qatılıb və zalda olmayıb.

Bildirilir ki, sözügedən hadisə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin Baydenin əqli vəziyyəti ilə bağlı açıqlamasından bir neçə dəqiqə sonra baş verib. O, ABŞ liderinin əqli vəziyyətinin kifayət qədər qaydasında olduğunu bildirmişdi.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930