BƏM İsraillə bağlı qərarını açıqladı

26-01-2024, 17:34 0 dəfə baxılıb

 

“BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Qəzza zolağında soyqırımın qarşısını almaq üçün İsrailin bütün lazımi tədbirləri görməsinə qərar verib”.

“Azerinews.az” TASS-a istinadən xəbər verir ki, bunu məhkəmənin sədri Coan Donohyu CAR-ın İsrailə qarşı qaldırdığı “soyqırımı” iddiası ilə bağlı BƏM-in qərarını açıqlayarkən deyib.

“İsrail soyqırımı barədə konvensiyaya daxil olan hər bir fəaliyyətlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir”, - deyə sədr qeyd edib. 

“The New York Times”ın yazdığına görə isə, İsrail, həmçinin Qəzza zolağında daha çox humanitar yardımın çatdırılmasına icazə verməlidir.

Qeyd edək ki, BƏM-də CAR-ın iddiası ilə bağlı ilkin dinləmələr yanvarın 11-i başlayıb. CAR iddia edir ki, İsrailin Qəzza zolağındakı fəaliyyətləri “soyqırımı xarakteri daşıyır”. İddiada İsraildən Qəzzadakı hərbi fəaliyyətləri dayandırmaq tələb olunurdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930