İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib

Bu gün, 17:13 1 dəfə baxılıb

İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib

İrəvan Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

"Ana Ermənistan" fraksiyasının nümayəndələri hakim "Vətəndaş müqaviləsi"ni son parlament seçkilərində səsləri oğurlamaqda ittiham etdikdən sonra vəziyyət gərginləşib. Buna cavab olaraq, vitse-mer və hakim "Vətəndaş müqaviləsi"nin üzvü müxalif "Ana Ermənistan" fraksiyasının üzvü Gevork Stepanyandan zalı tərk etməyi tələb edib, bu arada opponentinə "Ana Ermənistan" blokunun lideri Andranik Tevanyanın dövlətə xəyanətdə ittiham olunduğunu "xatırladıb". Stepanyan isə Pambuxçyanın sözlərini təsdiqləyən məhkəmə aktının olmadığını qeyd edərək buna etirazını bildirib.

Qısamüddətli söz polemikası və qışqırıqlardan sonra hakim fraksiyanın üzvlərindən biri "Ana Ermənistan" fraksiyasının rəhbəri Manuk Sukiasyanın istiqamətinə butulka atıb, ardınca isə dava düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930