İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var

Bu gün, 09:30 1 dəfə baxılıb

İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var

İsmayıllıda ağır yol qəzası baş verib.

Dünən saat 13 radələrində İvanovka-Qalagah-Göyçay yolunun 13-cü kilometrliyində Uştal kənd ərazisindən keçən yolda İ.Mahmudovun idarə etdiyi “Ford” və E.Nağıyevin sürdüyü “VAZ 2106” markalı avtomobillər toqquşub.

Nəticədə, “VAZ 2106”da olan sərnişin Salmanova Yeganə Hüseyn qızı hadisə yerində ölüb, sürücü Nağıyev Elxan Hüseyn oğlu, sərnişinlər - Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı İsmayıllı RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930