Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

Bu gün, 10:39 2 dəfə baxılıb

Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

Bu gün Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) işə başlayıb.

Sabah başa çatacaq tədbir Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Forumda 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatlar iştirak edir.

Ümumilikdə 400-ə yaxın iştirakçının olduğu tədbir çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər fonunda təkrarsığorta, həyat və sağlamlıq sığortaları, sığorta brokerliyində qlobal trendlər, sığorta sahəsində peşəkar təhsil və s. kimi mövzularda panel müzakirələrinin təşkil olunması planlaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930