600 bal toplayanların ən çoxu I qrupdadır
![]()
2025-ci il qəbul imtahanlarında 600 və daha yuxarı bal toplayan abituriyentlərin ixtisas qrupları üzrə bölgüsü açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunan "2025-ci il tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallar"da məlumat verilib.
Bildirilib ki, bu il 600 və yuxarı bal toplayan 3233 nəfərin ən çoxu I ixtisas qrupunun payına düşüb.
Statistikaya əsasən, yüksək nəticə göstərənlərin 1037-si I qrup, 1012-si III qrup, 968-i IV qrup, 218-i isə II qrup üzrə imtahan verən abituriyentlər olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: