Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Bu gün, 09:42 3 dəfə baxılıb

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Qazaxıstan və Gürcüstanın baş nazirləri Oljas Bektenov və İrakli Kobaxidze Astanada keçirilən görüşdə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər.

"Report"un yerli bürosu Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər ticari-iqtisadi, investisiya, nəqliyyat-logistika, energetika sahələrində, eləcə də rəqəmsallaşma və süni intellekt sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər.

Qeyd olunub ki, 2025-ci ilin yekunlarına görə iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 184,5 milyon ABŞ dolları təşkil edib. Cari ilin yanvar–aprel ayları ərzində isə ticarət dövriyyəsi 53 milyon ABŞ dollarına çatıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İrakli Kobaxidze arasında bir gün əvvəl əldə olunmuş razılaşmaların icrasına xüsusi diqqət yetirilib.

O.Bektenov qeyd edib ki, Qazaxıstan Gürcüstana Cənubi Qafqazda və Qara dəniz regionunda etibarlı dost və mühüm strateji tərəfdaş kimi baxır. Onun sözlərinə görə, Qazaxıstan hökuməti Gürcüstanla dialoqun və praktik əməkdaşlığın daha da dərinləşdirilməsinə hazırdır.

İ.Kobaxidze, öz növbəsində, Qazaxıstanın Gürcüstan üçün əsas tərəfdaş olduğunu vurğulayıb. O, bütün istiqamətlər üzrə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu qeyd edib.​​​​






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930