Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

Bu gün, 13:08 1 dəfə baxılıb

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

Ukraynaya itkin düşmüş şəxslərin axtarışı istiqamətində metodiki dəstəyin göstərilməsi Azərbaycanın humanitar həmrəyliyə, beynəlxalq əməkdaşlığa və insan həyatına verilən yüksək dəyərə əsaslanan siyasətinin növbəti təzahürüdür.

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Facebook səhifəsində paylaşımında deyilir.

"Sevindirici haldır ki, Azərbaycanın bu sahədə formalaşdırdığı yüksək peşəkarlıq və müasir genetik identifikasiya imkanları artıq beynəlxalq səviyyədə də etimad qazanır".

O qeyd edib ki, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması hər bir ailənin həqiqəti bilmək hüququna hörmətin, insan ləyaqətinin müdafiəsinin və humanitar dəyərlərə sadiqliyin ən ali ifadələrindən biridir:

"Münaqişələr başa çatsa da, yaxınlarının taleyindən xəbər gözləyən ailələrin ağrısı illərdir ki davam edir. Onların hər biri doğmalarının aqibətini öyrənmək, əzizlərini layiqincə dəfn etmək və uzun sürən qeyri-müəyyənliyə son qoymaq hüququna malikdir. Bu hüququn təmin olunması beynəlxalq humanitar hüququn əsas prinsiplərindəndir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930