Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

Bu gün, 10:03 4 dəfə baxılıb

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində olub.

Leyla Əliyeva müəssisədəki uşaqların iştirakı ilə nümayiş etdirilən bədii proqramı izləyib. Həmçinin uşaqlara hədiyyələr təqdim edilib, onlarla şəkillər çəkdirilib.

Qeyd edək ki, 1936-cı ildən 2 nömrəli Uşaq evi kimi fəaliyyətə başlayan müəssisə 1988-ci ildən Şəki Qarışıq Tipli Uşaq Evi adı ilə fəaliyyətini davam etdirib. 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müəssisənin yeni inşa olunan binası istifadəyə verilib.

Müəssisədə valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşayırlar.

Burada uşaqlara sosial uyğunlaşmanın təmin olunması üçün sosial reabilitasiya tədbirləri həyata keçirilir, asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif xidmətlər göstərilir. Müəssisədəki uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər ilə təmin olunurlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031