ABŞ səfirindən Ramazan təbriki
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Ramazan bayramı münasibətilə paylaşım edib.
“Azerinews.az” xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsində məlumat verilib.
Sözügedən paylaşım azərbaycanca edilib: “Ramazan bayramı münasibətilə sizlərə ən xoş arzularımı və təbriklərimi çatdırıram. Qoy bu bayramı qeyd edən hər kəs dostluq, firavanlıq, cansağlığı və əmin-amanlıq içində yaşasın. Bayramınız mübarək!”