Putin həbs olunmaqdan qorxdu, bu ölkəyə getmədi

20-09-2024, 15:45 2 dəfə baxılıb

Putin həbs olunmaqdan qorxdu, bu ölkəyə getmədi

Rusiya Prezidenti Vladimir Putin Meksikanın yeni seçilmiş Prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasiminə qatılmayacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin deyib.

Şetinin Putinin imtinasının səbəblərini açıqlamayıb, lakin əlavə edib ki, Moskva mövcud protokol praktikasına və Rusiya liderinin üzərinə düşən öhdəliklərə uyğun davranır.

Bəzi ekspertlər hesab edir ki, Ukrayna Roma Statutunu imzalayan Meksikadan Kreml rəhbərinin bu ölkəyə gələcəyi təqdirdə həbs olunmasını xahiş edib və Putin bu səbəbdən Meksikaya getməkdən ehtiyat edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031