KİV: Tramp komandası Rusiya – Ukrayna müharibəsinin həllinə yanaşmanı dəyişir

10-01-2025, 09:36 0 dəfə baxılıb

KİV: Tramp komandası Rusiya – Ukrayna müharibəsinin həllinə yanaşmanı dəyişir
ABŞ-nin seçilmiş prezidenti Donald Trampın komandası Rusiya – Ukrayna müharibəsinin həllinə yanaşmasını yenidən nəzərdən keçirir.
Bu barədə “Financial Times” (FT) gələcək prezident administrasiyası ilə bu məsələni müzakirə edən Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, Trampın seçkiqabağı münaqişənin tez həll olunması ilə bağlı bəyanatlarına baxmayaraq, hazırda onun komandası vəziyyətin altı ay ərzində həll oluna biləcəyindən danışır. Bu, Avropa tərəfdaşları tərəfindən Tramp administrasiyasının Kiyevə dəstəyi dərhal dayandırmaq niyyətində olmadığının əlaməti kimi qəbul edilir.
Bildirilib ki, Tramp komandası Cozef Bayden dövründə Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasının fəlakət kimi qəbul edilməsi ilə müqayisələrdən ehtiyat edir. Buna görə də onlar Ukraynada oxşar ssenarinin təkrarlanmasından çəkinmək istəyirlər. FT-nin məlumatına görə, Rusiya Ukraynanın NATO-ya daxil olmamasına zəmanət verəcək yeni təhlükəsizlik sazişlərinin bağlanmasında maraqlıdır. Lakin Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, gələcək prezident münaqişənin həlli çərçivəsində Rusiyaya güzəştə getmək niyyətində deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031