İki azərbaycanlı qadın UEFA-dan təyinat alıb

6-02-2024, 23:30 2 dəfə baxılıb

 

FIFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Sevda Nuriyeva UEFA-dan təyinat alıblar.

AFFA-nın rəsmi saytı xəbər verir ki, hakimlər 17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci mərhələsinin oyunlarını idarə edəcəklər.

İrlandiya, Albaniya və İsrail komandalarının yer aldığı B qrupunun matçları fevralın 20-dən 26-dək Albaniyada keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930