Azərbaycan - Rumıniya oyununun hakimləri açıqlanıb

30-11-2023, 17:03 10 dəfə baxılıb

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit mərhələsində evdə Rumıniya yığmasına qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən "Azerinews.az" verilən məlumata görə, matçı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Meydanda ədaləti Damian Qrabovski, Slavomir Steçko və Monika Çudzinoviç qorumağa çalışacaqlar. "Timekeeper" isə azərbaycanlı Ramil Namazov olacaq.

Qeyd edək ki, dekabrın 15-də Bakı İdman Sarayında reallaşacaq Azərbaycan - Rumıniya görüşü saat 20:00-da başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031