Azərbaycanın veteran futbolçusunun son durumu açıqlanıb

19-02-2024, 23:30 5 dəfə baxılıb

 

İnsult keçirdiyi üçün xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu bəlli olub.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, hazırda veteran hücumçunun vəziyyəti sabitdir.

Bir neçə gündür palataya köçürülən V.Vasilyevin həyati təhlükəsinin olmadığı bildirilib:

“İnsultdan sonra sol tərəfində hərəkətlilik yoxdur. Artıq reabilitasiyaya başlanıb. Normal həyata qayıtması üçün fizioterapiya kursu keçəcək”.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 33 oyuna iki qol vurmuş Vadim Vasilyev karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi”, “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib. Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında çıxış edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930