“Fənərbaxça” “Yunion”la (Belçika) üz-üzə gələcək
Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
“Azerinews.az” xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə təmsilçisi “Fənərbaxça”nın da rəqibi bəlli olub.
İstanbul klubu bu raundda “Yunion”la (Belçika) üz-üzə gələcək.
Azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi Xortatiyanın “Dinamo” (Zaqreb) komandasına isə PAOK-a (Yunanıstan) rəqib olub.
Bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.
Konfrans Liqası
1/8 final mərhələsi
“Servett” (İsveçrə) – “Viktoriya” (Çexiya)
“Ayaks” (Niderland) – “Aston Villa” (İngiltərə)
“Molde” (Norveç) – “Brügge” (Belçika)
“Yunion” (Belçika) – “Fənərbaxça” (Türkiyə)
“Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan)
“Şturm” (Avstriya) – “Lill” (Fransa)
“Makkabi” (Hayfa, İsrail) – “Fiorentina” (İtaliya)
“Olimpiakos” (Yunanıstan) – “Makkabi” (Təl-Əviv, İsrail)