“Qarabağ”da ciddi itki

28-02-2024, 20:11 8 dəfə baxılıb

 

“Qarabağ”ın futbolçusu Olavio Juninyo zədələnib.

“Azerinews.az" xəbər verir ki, braziliyalı hücumçu Premyer Liqanın 23-cü turundan təxirə salınan “Qəbələ”yə qarşı matçda zədə alıb. Bu səbəbdən o, 40-ci dəqiqədə Leandro Andrade ilə məcburi əvəzlənib.

Zədənin nə dərəcədə ciddi olub-olmadığı hələ bilinmir.

Qeyd edək ki, Juninyo bu mövsüm Premyer Liqada 15 qolla bombardirlər siyahısında liderdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930