Azərbaycan çempionatının oyunu voleybolçuların xəstələnmələri səbəbindən təxirə salınıb

6-12-2023, 14:23 10 dəfə baxılıb

Kişi voleybolçular arasında Azərbaycan çempionatının “Xarı Bülbül" (Laçın) - “Neftçi” oyunu təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasından (AVF) "Azerinews.az" saytına verilən məlumata görə, buna səbəb bəzi oyunçuların səhhətində problem yaranmasıdır.

“Neftçi”dən AVF-yə rəsmi müraciət ünvanlanıb və komandanın 6 oyunçusunda (Emin Abdullayev, Milad Salehi, Abdollah Azmun, Mohammad Norouzi, Mohammad Abolhasanı, Mohsen Vazehi) yüksək hərarətin (diaqnoz - Kəskin Respirator Xəstəlik) müşahidə edildiyi bildirilib.

Qurum yaranmış vəziyyəti nəzərə alaraq, bu gün keçirilməli olan qarşılaşmanın təxirə salınmasına qərar verib. Matçın nə zaman baş tutacağı hələ ki bəlli deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031